Sərnişin gəmisi yük gəmisi ilə toqquşdu

sernisin-gemisi-yuk-gemisi-ile-toqqusdu
Oxunma sayı: 678

“Qafqazinfo”nun Türkiyə mətbuatına xəbərinə görə, Albaniyanın Durres şəhəri yaxınlığında baş verən qəzada 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Qəza nəticəsində 5 nəfərin itkin düşdüyü bildirlir. “Reina 1” adlı Türkiyə gəmisi Rusiyadan Monteneqroya yük aparırmış.
Qəzada sərnişin gəmisində ölən və yaralananların olmadığı xəbər verilir. Gəminin qəzada yaralanan kapitanı hadisəyə dalğaların yüksəkliyinin səbəb olduğunu bildirib. İtkin düşən Türkiyə vətəndaşlarının axtarışları davam etdirilir. Axtarışlara vertolyotlar da cəlb olunub.