“Şeş-beş” kafesində qanunsuzluq

ses-bes-kafesinde-qanunsuzluq
Oxunma sayı: 4190

Nazirliyin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, birgə keçirilən operativ nəzarət tədbirləri zamanı vətəndaş Hüseynov Vahid Ələsgər oğlunun Sumqayıt şəhəri Nizami küçəsi 34-cü məhəllədə yerləşən “Göyərçin məişət xidməti” obyektində, Qədəşov Ramil Ağadadaş oğlunun Sumqayıt şəhəri 17-ci mikrorayon “Billur” Şadlıq sarayının yanında yerləşən obyektində, Rəhimov Elmin Rəhim oğlunun Sumqayıt şəhəri 9-cu mikrorayon 72 saylı binanın yanında yerləşən obyektində, İsmayılov Vüqar Ramazan oğlunun Sumqayıt şəhəri Koroğlu prospekti 47-ci məhəllədə yerləşən obyektində, İlyasov Tehran Eldar oğlunun Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Şəms ticarət mərkəzi”nin arxasındakı kafedə və Musayev Alim Oruc oğlunun həmin ünvanda yerləşən “Şeş-beş” kafesində qanunsuz olaraq loto oyunlarının təşkil olunduğu aşkar edilib.

Vergi əməkdaşları tərəfindən həmin obyektlərdə müvafiq avadanlıqlar aşkarlanaraq götürülüb.

Nigar Məmmədli