“Qafqazinfo”nun verdiyi məlumata görə, D qrupunda 2 oyun keçirilib.
Fransa İngiltərə ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqlənib. Leskottun qoluna Nəsri cavab verib. Günün digər qarşılaşmasında isə ev sahibi Ukrayna yığması meydana çıxıb. İlk hissə qolsuz başa çatıb. İkinci hissəyə yaxşı başlayan İsveç İbrahimoviçin qolu ilə hesabı açsa da, ukraynalılar oyunda dönüş yaradıb. Andrey Şevçenkonun dublu “sarı-göylər”ə qələbə qazandırıb.
11 iyun
D qrupu
Fransa – İngiltərə - 1:1
Qollar: Nasri, 39 - Leskott, 30
Baş hakim: Nikola Rizzoli (İtaliya)
Donetsk. “Donbass-Arena” stadionu
Fransa: Loris, Debuçi, Evra, Rami, Mekses, Kabaye, Riberi, Nasri, Maluda, Diarra, Benzema
İngiltərə : Hart, Conson, Terri, Leskott, Koul, Milner, Parker, Cerrard, Çemberleyn, Yanq, Uelbek
Ukrayna - İsveç - 2:1
Qollar: Şevçenko, 55; 62 - İbrahimoviç, 52
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Kiyev. “Olimpiyski” stadionu
Ukrayn a: Pyatov, Selin, Kaçeridi, Mikalik, Timoşuk, Qusev, Yarmolenko, Nazarenko, Konoplyanka, Şevçenko, Voronin
İsveç: İsaksson, Lustiq, Mellberq, Qranqvist, M.Olsson, Elm, S.Larsson, Kellstrom, İbrahimoviç, Tyvonen, Rozenberq
Ceyhun Əhmədov