Şeyx Amerikaya getdi

seyx-amerikaya-getdi
Oxunma sayı: 649

QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, səfər ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin bərqərar olmasının 20-ci ildönümünə həsr olunmuş tədbir çərçivəsində həyata keçirilir. QMİ sədri A. Paşazadə 25-26 aprel tarixlərində Vaşinqtonda keçiriləcək “Amerika-Azərbaycan əlaqələri: gələcəyə baxış” mövzusunda konfransda iştirak edəcəkdir. İki ölkə arasında iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlıq mövzularının müzakirə olunacağı konfransda mədəni əlaqələr və tolerantlığın möhkəmləndirilməsinə dair məsələlər gündəmdə olacaq.

Konfransda iştirak edəcək nümayəndə heyətinə QMİ sədrinin birinci müavini Müfti Salman Musayev, Bakı və Azərbaycan yeparxiyasının Yepiskopu Aleksandr İşeyin, Bakıdakı katolik icmasının başçısı Vladimir Fekete, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı M. Yevdayev daxildir.