Şeyx qan verdi - Fotosessiya

seyx-qan-verdi-fotosessiya-
Oxunma sayı: 687

Qanverənlər arasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə, onun müavinləri Hacı Sabir Həsənli, Hacı Salman Musayev və digər QMİ əməkdaşları da var idi.

Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında qan verməyin ən gözəl əməl olduğunu bildirdi.

“Hər il olduğu kimi bu il də, Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyası təşkil olunub. Bizim üçün İmam Hüseyn məktəbi həmişə örnək olub. Bu məktəbdən həmişə öyrənmişik. Bu məktəbdən bu gün bizə qalanlardan biri də odur ki, imkanı olmayanlara köməklik edək. Ana-atalarımıza köməklik etmək, imkansızlara köməklik etmək. Əgər rəhmətə gedənlərimiz varsa onların məzarını ziyarət etmək lazımdır. Həm də, İmam Hüseynin şəninə layiq əza saxlamaq. Amma bəzi insanlarda niyyət var ki, bu Aşura günündə necə İmam Hüseynin qanı töküldü, onlar da qan çıxartsınlar. Unutmaq olmaz ki, İmam Hüseynin qanı əbəs yerə tökülmədi. Onun qanında bir həyat vardı. Bizdə bunu nəzərə alaraq bu gün qanvermə aksiyası təşkil etmişik. Biz qan verməklə kimlərəsə həyat bəxş etmiş oluruq. O insanların ki, qana ehtiyacı var, onlara həyat bəxş etmək lazımdır. Aşura günündə ölənlərə Allahdan rəhmət, qalanlara can sağlığı arzulayıram”, - deyə Allahşükür Paşazadə vurğulayıb.

Qeyd edək ki, qanvermə aksiyasında hələlik ciddi problem yaşanmayıb. Təcili tibbi yardım işçilərinin ANS PRESS-ə verdikləri məlumata görə, indiyə qədər aksiyada 500-ə yaxın adam iştirak edib. Hələlik ciddi problem yaşanmayıb. Sadəcə 2-3 nəfərdə halsızlıq halları müşahidə olunub.

Hazırda qanvermə aksiyası davam edir.