Şeyx Türkiyəyə gedir

seyx-turkiyeye-gedir
Oxunma sayı: 659

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, səfər Mərmərə Qrupu Vəqfi tərəfindən 10-12 aprel 2012-ci il tarixlərində Türkiyənin İstanbul və İzmir şəhərlərində keçiriləcək XV Avrasiya İqtisadi Zirvəsinə dəvət əsasında həyata keçirilir.
Son 14 il ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçıları, parlamentarilər və tanınmış şəxsiyyətlərin qatıldığı bu toplantının builki zirvəsində enerji, iqtisadi, mədəniyyətlərarası dialoq, qadın liderlər mövzusu, habelə dünyada aclıq və yoxsulluq problemləri gündəmdə olacaq.

QMİ sədri Zirvə çərçivəsində 12 aprel tarixində reallaşacaq Mədəniyyətlərarası Dialoq sessiyasına Fəxri qonaq olaraq xüsusi dəvət olunub. Şeyxülislam A. Paşazadə Zirvə toplantısında mədəniyyətlərarası dialoq və əməkdaşlıq mövzusunda məruzə ilə çıxış edərək, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində prioritet istiqamətlərdən olan dinlərarası dialoqa dair mövcud müsbət təcrübə barədə Zirvə iştirakçılarına məlumat verəcək.