Şeyxdən yeni təklif

seyxden-yeni-teklif
Oxunma sayı: 640

Şeyx bunu Astanada keçirilən dünya dinləri və ənənəvi dinlərin liderlərinin qurultayındakı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bundan başqa, bugünkü qloballaşma problemləri dövlət və dini xadimlərin səylərinin birləşdirilməsini zəruri edir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Dağlıq Qarabağ münaqişəsinin həllini dinlərarası dialoqda görür: “Dağlıq Qarabağ probleminin təkcə dövlətlərarası danışıqlar prosesində deyil, dinlərarası dialoq səviyyəsində də həll olunmasını məqsədəuyğun hesab edirəm".

Hacı Allahşükür Paşazadənin sözlərinə görə, Dağlıq Qarabağ problemi bütün Qafqaz regionunun inkişafına mane olur: “Beynəlxalq vasitəçiliylə dövlət başçıları regionun inkişafına mane olan bu uzanmış münaqişə üzrə danışıqlar prosesini davam etdirirlər. Lakin münaqişənin dinc və ədalətli həlli üzrə danışıqlar prosesinin uğuru üçün konstruktiv ruh və dinlərarası ünsiyyət vacibdir".

anspress