Şeyxin 2011 hesabatı

seyxin-2011-hesabati
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, Qafqaz Müsəlmalar İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə 2011-ci ilin ən mühüm tədbirlərindən kimi prezident İlham Əliyevin də iştirak etdiyi mayda keçirilən Qafqaz xalqları dini şurasının iclasını vurğulayıb. A.Paşazadə qeyd edib ki, prezident şuranın fəaliyyətini yüksək dəyərləndirib və İslamın həqiqi dəyərlərinin müdafiəsinə yönələn səylərimizə dəstəyini ifadə edib”.

Şeyx vurğulayıb ki, Bakı iclasında, həmçinin Qafqazın din xadimlərinin BMT-yə müraciəti qəbul olunub və burada Qafqazın mövcud problemlərinə ikili yanaşma tənqid olunub. O cümlədən Qarabağ probleminə toxunulub və BMT qətnamələrinə hələ də əməl olunmaması qeyd olunub: “ Bu məsələlərə Şimali Qafqaz liderləri və Rusiya baş naziri ilə görüşdə də toxunulub”.

Bütün Qafqazın şeyxi Qafqazın İslam universitetləri arasında əlaqələrin inkişafı istiqamətində işlərə başlandığını, tələbə mübadiləsi proqramının həyata keçirildiyini, həmçinin universitetlərimizdə islam jurnalistikası yaradılması təklifinə də baxıldığını diqqətə çatdırıb.

İrəvanda MDB ölkələri beynəlxalq şurasının toplantısı çərçivəsində Ermənistan və Azərbaycan dini liderlərinin görüşünü da xatırladan şeyx qeyd edib ki, görüş zamanı Qarabağ probleminin ədalətli və beynəlxalq hüquq çərçivəsində həlli, Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində dinin sülhməramlı potensialından istifadə edilməsinin əhəmiyyəti vurğulanıb.

Sonda Şeyxülislam fəaliyyəti ərzində xalqlar arasında qarşılıqlı hörmət və etibarı saxlamağı bacardığını və Qafqaz xalqları dini şurasına, həmçinin xristian və yəhudi konfessiyalarına göstərdikləri köməyə görə minnətdarlığını bildirib.

Səidə İsmayılova