Şeyxülislam Qızıl medala layiq görüldü

seyxulislam-qizil-medala-layiq-goruldu
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, mənzil qərargahı Parisdə yerləşən Fransanın İnsan Haqlarının Müdafiəsi Beynəlxalq Komitəsi Şeyxülislam həzrətlərini Qızıl Medalla təltif edib və ona “Xoşməramlı səfir” titulu verib. Bu barədə beynəlxalq təşkilatın prezidenti C. Salvatonun Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə göndərdiyi məktubda məlumat verilib.

Prezidentin imzaladığı məktubda bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri nüfuzlu təşkilatın təsis etdiyi Qızıl Medala və “Xoş məramlı səfir” tituluna dövlət və cəmiyyət qarşısındakı xidmətlərinə, müsəlmanların dünyaya inteqrasiyasındakı roluna, Qafqazda sülhün, əmin-amanlığın bərpasında, dinlərarası münasibətlərin möhkəmləndirilməsində, tolerantlıq mühitinin formalaşmasında çoxillik fəaliyyətinə görə layiq görülüb.