Şeyxülislamın İrəvan səfəri ilə bağlı mətbuat konfransı olub

seyxulislamin-irevan-seferi-ile-bagli-metbuat-konfransi-olub
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Hacı Sabir Həsənli məlumat verib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin İrəvana səfərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında S. Həsənli deyib ki, dini liderlərin cəbhə bölgəsində görüşü barədə səfər çərçivəsində razılıq əldə olunub. S. Həsənli deyib ki, hələlik görüşün vaxtı və yeri müəyyənləşdirilməyib.

S. Həsənli onu da bildirib ki, Şeyxülislam İrəvanda XVIII əsrdə tikilmiş Cümə Məscidinə də baş çəkib və orada namaz qılıb.

Sədr müavini Şeyxin İrəvana səfərindən sonra onun haqqında Qarabağ Azadlıq Təşkilatı tərəfindən səslənmiş sərt bəyanata münasibət bildirməyib.