Sezen Aksu bir kəndi qaranlıqdan qurtardı

sezen-aksu-bir-kendi-qaranliqdan-qurtardi
Oxunma sayı: 661

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə zəlzələ zamanı kəndə gələn sənətçi 480 nəfər sakinin problemlərini tək-tək dinləyib. Sonralar da kəndə gedən Aksu sakinlərə öz telefon nömrəsini verərək, problemləri olduğu zaman onu axtara biləcəklərini deyib.

Havalar kəskin soyuduqdan bəri davamlı elektrik enerjisinin kəsilməsi problemi yaşayan kəndlilər, çətinlikləri səlahiyyətli şəxslər tərəfindən həll olunmayınca, Sezen Aksunu axtarıblar. Sezen Aksu da əlaqədar şəxslərlə danışaraq problemi yoluna qoyub.

Kənd sakinləri indi də Dağönüdə Sezen Aksunun adını daşıyan bir məktəb açılmasını istəyirlər. Artıq məsələdən sənətçinin də xəbəri var.