Sığınacaqlara sığınanlar - Fotosessiya

siginacaqlara-siginanlar-fotosessiya
Oxunma sayı: 668

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, kəskin hava şəraiti səbəbindən yaşayış yerinə getməkdə, o cümlədən rayondan Bakıya gələrək yenidən rayona qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar iş görənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar (küçə uşaqları, atılmışlar və s.), yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar bu sığınacaqlara gələrək 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə tibbi xidmətlə təmin edilirlər.

Paytaxtın bu və ya digər yerində olmasından asılı olmayaraq, ehtiyac duyan hər hansı şəxs özü gələ bilmədikdə belə, 142-Qaynar xətt vasitəsilə, yaxud müvafiq icra orqanlarının məlumatları əsasında həmin şəxslərin yeri müəyyən olunur və onlar qısa müddət ərzində sığınacaqlara gətirilir, onlara qeyd olunan xidmətlər göstərilir.

Məlumat üçün bildirək ki, sığınacaqlar Bakının Nərimanov rayonunda, Şərq bazarının yaxınlığı, Xətai prosrekti 11, Nəsimi rayonunda Nəsimi bazarının yaxınlığı, S.Rüstəm küç. 69, Xətai rayonunda Bakı kinoteatrının qarşısı, Sarayev küç. 20, Xəzər rayonunda Xəzər bazarının yaxınlığı, A.İldırım küç. 18 və Nizami rayonunda Xalqlar Dostluğu metrosunun yaxınlığı, Q.Qarayev küç. 118 ünvanlarında yerləşir.

Bu günədək sığınacaqlarda ümumilikdə 105 nəfər şəxs isti qidalarla, istiliklə, lazım olduqda tibbi xidmətlə təmin olunub. Onlardan 34 nəfər, o cümlədən 25 nəfər yaşayış və ya gecələmək üçün yeri olmayan şəxs (bomy) sığınacaqlarda gecələyib.

142- Qaynar xətt vasitəsilə olduqları yer haqqında məlumat alınmaqla gətirilib sığınacaqlarda yerləşdirilənlərin sayı 11 nəfər təşkil edib.

Nigar Məmmədli