BŞİH-ya məxsus zibil maşını aşdı - Yaralılar var

bsih-ya-mexsus-zibil-masini-asdi
Oxunma sayı: 1553

Binəqədi-Balaxanı yolunda qəza baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus zibil tullantıları daşıyan "90-AM-058" dövlət qeydiyyat nişanlı yük avtomobili qarşıda gedən "10-ZE-042" dövlət qeydiyyat nişanlı taxta daşıyan trailerə arxadan çırpılıb.

Hadisə nəticəsində zibil daşıyan yük maşını dərəyə aşıb. Hər iki sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.