Silahlı Qüvvələrdə baş vermiş son itkilərlə əlaqədar - Bəyanat

silahli-quvvelerde-bas-vermis-son-itkilerle-elaqedar-beyanat
Oxunma sayı: 648

“Bu gün internet saytları vasitəsi ilə çatırılan və Müdafiz Nazirliyinin rəsmilərinin təsdiqlədiyi daha bir acınacaqlı xəbər növbəti dəfə ictimaiyyəti sarsıtdı- orumuzun daha bir əsgəri hərbi xidmətə çağırılandan qısa müddət ərzində rəhmətə getdi. Səbəb kimi xəstəlik görtərilir. Əgər bu insan xəstə idisə- onu ordiya niyə çağırırdılar,əgər sağlam idisə- bir aya onun ölümünə səbəb olan nə baş verdi ?!Hər dəfə Müdafiz Nazirliyi bu sualların üzərindən sükutla keçir.Problemi ancaq hərbi komissarlara nəzarətdə görən hərbi prokuraturanın özünə kim nəzarət edir?! Orduya çağırıldığı bir ay olmamış gəncin vəfat etməsi olduqca ciddi bir fakrdır,və hər- hansı hüquqi dövlətdə belə hadısə ən azı cavabdeh qurumlar üçün ən acınacaqlı nəticələrlə bitərdi. Amma bu səpgidə hadisələr ,nə yazıq ki,milli orumuz üçün adi hal xarakterini alıb və Müdafiə Nazirliyi hal- hazırda həyata keçirilən formal yoxlamalarla öz vəzifəsini bitmiş hesab edir. Ancaq Bu il ərzində orduda baş vermiş skandalların hətta biri Nazirliyin rəhbərliyinin tam tərkibdə istefaya getməsi ilə nəticələnməli idi.

Təəssüf ki, istefa mədəniyyəti milli rəsmilərimiz üçün tətbiq olunmayan təcrübədir. Heç bir vəclə təhlükəsizlik,intizam qaydaları, hərbi sir,müharibə şəraitində olmağımız bəhanələri ilə əsgər və zabitlərimizin intihar,atışma,ordudan qaçma halları ilə hal-hazırda müşahidə olunan kütləvi hüquq və azadlıqlarının pozulmasına bəraət qazamdırmaq olmaz. Yeni çağırılan əsgərlərə ruh yüksəkliyi,vətənpərvərlik tərbiyəsi əvəzinə qorxu və şübhə mühiti yaradılır. Belə şəraitdə idarə olunan silahli qüvvələr Vətən və Torpaq QORUMAQ üçün yetərli qüvvə ola bilməzlər.

Belə şəraitdə hərbi qulluqçuların qeyri- məlum şəraitdə kütləvi itkisinin qarşısını almaq üçün ordunun ən səlahiyyətli strukturlarına və şəxslərinə qarşı cinayət işi qaldırılmalı,ictimaiyyətin geniş iştirakı ilə fakt araşdırıcı komissiya yaradılmalı ,bu komissiyaya həqiqətləri üzə çıxarmaq məqsədi üçün əlahidə səlahiyyətlər verilməli,Azərbaycan cəmiyyəti araşdırmalar barədə dəqiqi məlumatlanırılmalıdır.

Orduda ciddi islahatlar aparılmalı,bütün səviyyəli hərbi tərkib mərhələ- mərhələ psixoloji testlərdən və müstəqil tibbi komissayalaran keçməlidir,orduda psixoloq,pedaqoq,dini xadimlərin xidmətlərindən istifadə olmalı.
Ali baş komandanın təcili hadisələrə müdaxilə etməsi tələb olunur”.