Silikon həyatını qurtardı

silikon-heyatini-qurtardi
Oxunma sayı: 689

“Qafqazinfo”nun “Pravda” qəzetinə isinadən verdiyi xəbərə görə, Moskvada bir qadın əri tərəfindən bıçaqlanıb. Ancaq hadisədə cani ərin hesaba almadığı bir detal olub. Qadının sinəsindəki silikonlar.
“Pravda” qəzetinin məlumatına görə, bıçaq silikona saplanaraq zireh vəzifəsini görərək qadının həyatını xilas edib. Üstəlik qəzetin xəbərində o da qeyd olunub ki, qadının silikon qoydurmasını 5 il öncə əri tələb etmişdi. Mütəxəssislər silikonun qalın olması üçün qadının hadisədən zərər görmədiyini deyiblər.
Silikon bundan əvvəl Los Ancelosda köksündən vurulan bir qadının həyatını qurtarmışdı.