Siqaret adları paketlərdən silinəcək

siqaret-adlari-paketlerden-silinecek
Oxunma sayı: 2892

”Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən əldə etdiyi məlumatlara görə, Avropa və Asiyada ilk ölkə olmaq istəyən Türkiyə siqaret qutularının üzərindəki, marka, loqo və rəngləri tamamilə ortadan qaldıracaq. Beynəlxalq siqaret firmalarının milyonlarla dollarlıq kampanyalarına qarşı dünyada ilk dəfə Avstraliyanın başladığı "Qara paket" tətbiqini dünyada ikinci, Avropada ve Asiyada ilk dəfə Türkiyənin həyata keçirəcəyi bildirilir.
Satış mərkəzlərində siqareti adları ilə almaq mümkün olmayacaq. Loqonun əvəzinə paketlərin üzərində rəqəmlər yazılacaq.
Paketlərin üzərində siqaretin sağlamlığa zərər vurması barədə xəbərdarlqıdan başqa, insanların diqqətini cəlb edəcək heç nə olmayacaq.