Siyasətçilər tarixlə bağlı qərar verməməlidir

siyasetciler-tarixle-bagli-qerar-vermemelidir
Oxunma sayı: 685

Azərbaycanın qurumda nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın Fransa senatında qəbul olunan qanunla bağlı “Bu qanunda sonra Fransada yaşayan 500 min türkün və ümumiyyətlə, qondarma erməni soyqırımını inkar edən hər kəsi həbsxanalar və ağır maddi cəzalar gözləyir. İnsan haqları komissarı kimi siz məhz söz və düşüncə azadlığı, insan haqları prizmasından bu qanunu necə qiymətləndirirsiniz?” sualını cavablandıran Hammaberq bunun düzgün yanaşma olmadığını deyib: “AŞ Baş katib T. Yaqland bu məsələyə toxunub və məndə onun fikirləri ilə tam razıyam. Əlbəttə ki, bu düzgün yanaşma tərzi deyil və söz və ifadə azadlığını məhdudlaşdırır. Siyasətçilərin tarixi məsələrə qiymət verməsi məsələsində AŞ Baş katibi T.Yaqlandın dediklərini ilə razıyam və onu tam dəstəkləyirəm. Siyasətçilər tarixlı bağlı qərarlar verməməlidirlər
Qeyd edək ki, AŞ Baş katibi T. Yaqland bu məsələ ilə bağlı bildirmişdi ki, tarixləı tarixçilər məşğul olmalıdır. O, bildirmişdi ki, siyasətçilərin tarixlə bağlı qərarlar qəbul etməsini doğru etmir.