Siyasi partiyadan Hyuston açıqlaması

siyasi-partiyadan-hyuston-aciqlamasi
Oxunma sayı: 643

Türkiyənin Səadət Partiyası məşhur müğənni Uinti Hyustonun ölümü ilə bağlı açıqlama yayıb. “Qafqazinfo”nun məlumatına görə, açıqlamada “bundan öncə bir çox məşhurun ölümündə olduğu kimi şərqlilər tərəfindən örnək şəxsiyyətlər kimi qəbul olunan xarakterlər, son anlarında tək başlarına bir küncdə həyatlarını itirirlər” deyilir. Həmçinin bildirilir ki, “Uitni Hyuston eynilə Merlin Monro, Elvis Presli, Maykl Cekson, Emmi Vinhaus kimi son nəfəsini alkol və narkotika komasına girərək verdi. Bizlərə yaraşan dünyaya ədaləti, barışı və rahatlığı gətirə biləcək tək yol olan öz inancımıza və mədəni dəyərlərimizə sahib çıxaraq, şanlı tariximizdə olduğu kimi yenidən ayağa qalxmaq və insanlığı böhrandan qurtarmaqdır”. Partiya insanları narkotik və alkoqoldan uzaq olmağa çağırıb.

Nigar