Siyasi partiyalar dövlət büdcəsindən necə maliyyələşəcək? – Kriteriyalar

siyasi-partiyalar-dovlet-budcesinden-nece-maliyyelesecek-kriteriyalar-
Oxunma sayı: 690

Belə ki, sənəddə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinin kriteriyaları öz əksini tapıb. “Qafqazinfo” həmin kriteriyaları maddələrə uyğun şəkildə təqdim edir. Layihəyə əsasən Siyasi Partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsait dövlət büdcəsində ayrıca sətirlə göstərilir.

Dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi Partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər , 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Siyasi Partiyalar Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə siyasi Partiyalar bloku tərkibində iştirak etdikdə, dövlət büdcəsindən ayrılan vəsait bu Qanunun 17-1.2 maddəsində nəzərdə tutulmuş qaydada hər bir siyasi partiyaya ayrıca verilir.

Bu qanunun 17-1.1 maddəsinə uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait müvafiq icra hakimiyyəti tərəfindən bu Qanunun 17-1.2 ci və 17-1.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla rüblər üzrə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülür.

Siyasi Partiyalar dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdikdə həmin vəsait dövlət büdcəsinə qaytarılır.

“Müsahibat uçotu haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq illik maliyyə hesabatını təqdim etməyən siyasi partiyalar qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilir.