Siyasi partiyalar haqqında qanunda sürprizlər olacaq

siyasi-partiyalar-haqqinda-qanunda-surprizler-olacaq
Oxunma sayı: 672

“Turan”ın məlumatına görə, açıqlamada deyilir ki, Azərbaycan hakimiyyətinin Avropa Şurasının Venesiya Komissiyasına rəy üçün göndərdiyi layihədə 1992-ci ildə qəbul olunmuş “Siyasi partiyalar haqqında” qanunun 26 maddəsinə dəyişiklik nəzərdə tutulur. SMDT bildirir ki, layihə Venesiya Komissiyasının saytında yerləşdirilib.

İddia olunur ki, yeniliklər partiyaların qeydiyyat şərtlərini sərtləşdirir: “İndi qeydiyyat üçün ən azı 1000 nəfərin üzv olması tələb edilirsə, yeni variantda senz 5000-ə qədər artırılır. Bu zaman bir ay ərzində partiya bütün üzvlərinin şəxsiyyət vəsiqələrinin və ərizələrinin surətini Ədliyyə Nazirliyinə təqdim etməlidir”.

SMDT bildirir ki, layihədə qeydiyyatdan keçməmiş partiyaların bəyanatlarla çıxışına qadağa yer alır: “Dövlətdən maliyyələşmə mexanizminə gəlincə, subsidiyaların 10 faizinin parlament seçkilərində namizədləri 3 faizdən çox səs yığan, amma parlamentə keçməyən partiyalar arasında paylanması, 40 faizin parlamentdə təmsil olunan partiyalar arasında bölünməsi nəzərdə tutulur. Qalan 50 faiz vəsait partiyalar arasında parlamentdə deputatlarının saylarına uyğun şəkildə bölünməlidir. Könüllü ianələrin anonimliyi isə aradan qaldırılır”.