Siyavuş Novruzov Şeyxə yenə ilişdi

siyavus-novruzov-seyxe-yene-ilisdi
Oxunma sayı: 793

FaktXeber.com-un verdiyi məlumata görə, parlament sədri Oqtay Əsədov da bu qanun vasitəsilə Azərbaycanda din sahəsindəki pərakəndəliyə bir qədər nizam gətirmək istədiklərini bildirib: “Bir də görürsən, kimsə gəlib burda hansısa sekta yaradır, sonra da Avropa Şurasına yazır ki, imkan vermədilər. Bu, tolerantlıq məsələsi deyil".
Çıxışçılar arasında ən çox diqqət çəkən isə Siyavuş Novruzov olub. O, çıxışına “Bismillahir-rəhmanir rəhim” deyərək başlayıb və dini xadimlər üçün səliqə-səhmanlı bir geyim seçilməsini istəyib. Onun sözlərinə görə, Azərbaycan bu məsələdə hansısa ölkədən nümunə götürür və bu doğru deyil: «Özümümüzün formamız olsun. Nəyə görə, İran mollaları kimi əmmamə qoymalıyıq? Hesab edirəm ki, buna ehtiyac yoxdur. Burada Hacı Sabir oturub, başında əmmaməsi yoxdur. Üzünə də baxırsan ki, nur tökülür».

Qeyd edək ki, S. Novruzov ötən l də yas mərasimləri ilə bağlı çıxış edərkən bu işdə A. Paşazadəni itiham etmiş və onun ünvanına ittihamlar səsləndirmişdi.