“Sizi sevirəm...” - Status

sizi-sevirem-status
Oxunma sayı: 647



“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Milli Məclisin deputatı, bir neçə gün əvvəl səhhətində problem yaranan Qənirə Paşayeva “Facebook” sosial şəbəkəsində paylaşdığı statusunda qeyd edib. Xanım deputat daha sonra Allaha şükürlər edərək yazıb: “Yenidən sevdiyim işimlə əvvəlki kimi və əvvəlki tempo ilə məşgul ola biləcəm. Sağlığım yavaş-yavaş tam düzəlir. Amma bu 6 gündə həyatla bağlı daha da geniş düşünmə imkanım oldu. Mənə düşmən kəsilmiş bəzilərini bağışladım, dost bildiyim bəzilərini həyatımdan çıxarmaq qərarına gəldim... Verdiyiniz dəyərə layiq olmayanlar və Sizi layiq olduğunuz kimi qiymətləndirməyənlərin həyatınızda yeri olmamalıdır. Gerçək dostlarıma təşəkkür edirəm və sizi sevirəm... Mənə məsajları, emailleri ilə diqqət göstərən hər kəsə təşəkkürlər” .