Somali prezidenti İrana gəlir

somali-prezidenti-irana-gelir
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, bu barədə İranın Xarici İşlər naziri Əli Əkbər Salehi Mogadişu hava limanında mətbuat nümayəndələrinə açıqlama verib: "İslam Cümhuriyyəti Somalidə aclıq çəkənlərə yardım edən ölkələrdəndir və bu yardımların davamlı olması üçün Somali prezidentinin yaxın zamanlarda Tehrana gəlməsi gözlənilir. İran 20 gün əvvəl Somaliyə yardım göndərməyə başladı və daha beş min tonluq yardım paketini göndərməyə çalışacağıq”.
Salehi, həmçinin meliorasiya və kənd təsərrüfatı mütəxəssislərindən ibarət bir heyətin İranın içməli su və əkinçilik sahəsində istifadə edilən suyun təmin edilməsi məsələsində təcrübələrini somalilərlə bölüşmək üçün Mogadişuya getdiyini qeyd edib.

Səidə