“Son xəbər” qəzeti Azərbaycan ərazisini təhrif etdi

son-xeber-qezeti-azerbaycan-erazisini-tehrif-etdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, daha maraqlısı odur ki, qəzetdə verilən xəritədə Türkiyədən cənub-şərqə doğru Azərbaycan və Gürcüstan da Ermənistan ərazisi kimi göstərilib. Bunun İsrail azərbaycanlıları arasında ajiotaj yaratdığı bildirilir. Ölkənin yerli rusdilli radio -stansiyalarının birində qəzetlərin xülasəsini gözdən keçirən aparıcı gülərək Azərbaycan və Gürcüstanın nədən Ermənistan ərazisi kimi göstərildiyinə təəccübünü gizlətməyib: “Biz bilirik ki, Ermənistan nə vaxtsa çox böyük olub, lakin o indi balacadır, belə ki, onun ərazisinin əsas hissəsi indi Türkiyənin tərkibindədir”.
Digər verilişlərin birində efirə zəng vuran azərbaycanlı buna etirazını bildirərək Azərbaycanın heç vaxt Ermənistanın tərkibində olmadığını və olmayacağını deyib. Radio aparıcısı isə cavab verib ki, o, Azərbaycanın İsraildəki səfiri deyil, acıqlı dinləyiciyə kömək edə bilməyəcəyini deyib və qəzetin redaksiyasına müraciət edərək ürəyini orada boşaltmağı təklif edib.

Səidə