“Son zəng” qana boyandı - 2 məzun həlak oldu

son-zeng-qana-boyandi-2-mezun-helak-oldu
Oxunma sayı: 668

“Qafqazinfo”nun milli.az-a istinadən məlumatına görə, Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində Mingəçevir-Xaldan, Xaldan-Şəki, Mingəçevir-Şəki yollarını birləşdirən dairəvi yolda tərəvəz məhsulları yüklənmiş 10-EV-709 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobillə, içərisində məzunların olduğu 66-BJ-874 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil toqquşub.

Baş verən hadisə zamanı VAZ 2107 markalı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Abdullayev Emil, 2 nəfər məzun və VAZ 2106 markalı avtomobildəki şəxsiyyəti məlum olmayan qadın dünyasını dəyişib. Məzunlardan biri hadisə yerində, biri Mingəçevir xəstəxanasına aparılarakən yolda ölüb.

Abdullayev Emil isə Mingəçevir Mərkəzi şəhər xəstəxanasında dünyasını dəyişib. 3 nəfər ağır bədən xəsarətləri ilə Mingəçevir xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Onların vəziyyəti olduqca ağırdır.

Şahidlərin sözlərinə görə, dəhşətli qəzaya yüksək sürət səbəb olub.