“Sonanı rəsmən boşamışam”

sonani-resmen-bosamisam-
Oxunma sayı: 678

“Hüseyn boşanmağımızla bağlı məlumatı zarafat kimi deyib. Müxbir də ciddi anlayıb”. Bunu “Qafqazinfo”ya boşanmaq xəbərləri yayılan repçi Hüseyn Dəryanın həyat yoldaşı Sona Muradova deymişdi. Onun sözlərinə görə, Hüseyndən niyə belə bir yalan xəbər yaydığını soruşduqda o bunu sadəcə söz arası, zarafatla dediyini söyləyib: “Hüseynin və mənim həmin müxbirlə yaxşı münasibətimiz olduğundan, o məni Hüseyndən soruşub. Hüseyn də zarafatla deyib ki, Sona ilə küsmüşük, 5-6 aydır anasıgildə qalır. O xanım da bunu ciddi qəbul edib yazıb. Dünən ailəmiz də çox narahat oldu ki, olmaya-olmaya bu nə xəbərdir yayılıb?”.

Hüseyn Dərya ANS PRESS-ə açıqlamasında Sonanın boşanmalarını təkzib etməsinin səbəbini anlamadığını dedi: "Mən bilmirəm o, niyə belə danışır. İndi ona zəng vurub öyrənərəm. İstəsəniz məlumatı Sabunçu Rayon Məhkəməsindən dəqiqləşdirə bilərsiz, biz orada boşanmışıq."

Sabunçu Rayon Məhkəməsindən isə bildirdilər ki, belə məlumat vermək ixtiyarları yoxdur.

Qeyd edək ki, Hüsey Dərya həyat yoldaşı Sona Muradova ilə altı ay əvvəl rəsmi olaraq boşandıqlarını bildirir. Repçi hələki boşanma səbəbini açıqlamır.

Xatırladaq ki, Hüseyn Dəryanın Sona Muradova ilə nigahından bir oğulları var.