Sorğunun nəticələri hakimiyyəti şoka saldı

sorgunun-neticeleri-hakimiyyeti-soka-saldi
Oxunma sayı: 662

Rusiyada prezident seçkiləri ərəfəsində Təhlükəsizlik Şurasının sifarişi ilə Rusiyanın güc strukturlarında əhval-ruhiyyə ilə bağlı qapalı sosioloji sorğu keçirilib. Nəticə ürəkaçan deyil – əməkdaşların təxminən 90%-i hakimiyyət orqanlarından narazıdır. Hətta əmək haqqının qaldırılması da gərginliyi aradan qaldırmır.

Sorğu ölkənin təhlükəsizliyi ilə bağlı olan bütün strukturlarda keçirilib. Onun üzərində «xidməti istifadə üçün» qrifi var. Ancaq bəzi nəticələri «Arqumentı nedeli»nin ekspertləri əldə edə biliblər.

Milis adının polisə dəyişdirilməsi də əməkdaşları əsəbiləşdirir. Zabitlərin əksəriyyəti yeni adı dəstəkləmir. Hətta bəziləri polisdə xidmət etməyi özlərinə ayıb bildiklərini deyir.
Nəticələrdə həm də qeyd edilir ki, əməkdaşların yenidən attestasiya edilməsi rəhbər kadrların tabeçiliklərində olanlarla “haqq-hesab çəkməsinə” imkan verib. Təcrübəli mütəxəssislərin getməsi nəticəsində isə “agentura” sistemi dağılıb.

Xarici kəşfiyyat xidməti əməkdaşlarını xidmətin statusunun aşağı salınması və həyata keçirilən əməliyyatların azaldılması narahat edir: «Xidmətin fəaliyyətinin maliyyələşdirilməsi bu günki günün tapşırıqlarının səviyəsinə cavab vermir. Yüksək rütbəli məmurlar şəxsi söhbətlərdə onların işinin rəhbərlik üçün maraqlı olmadığını deyir”.

Sorğuda FTX əməkdaşlarının əhvalı zəif əks olunub: «Yüksək rütbəli zabitlər bəzi rəhbər şəxslərin kommersiya strukturlarının maliyyə işlərinə qarışmasından narazıdır”.
Hesabatın böyük hissəsi Silahlı Qüvvələrdə zabit heyətinin əhvalının qiymətləndirilməsinə həsr edilib. Əmək haqqının artırılmasına baxmayaraq zabitlərin əksəriyyəti mənzillərin bölüşdürülməsindən narazıdır. Həmçinin Silahlı Qüvvələrdə “düşünülməmiş və məntiqsiz islahatların” həyata keçirilməsi də narazılıq doğurub.

Hesabatda qeyd edilir ki, güc strukturlarında ali rəhbərliyin qərarlarından narazı olanlar 90%-a çatıb. Bu sensasion sənədlə baş nazir və prezidentin tanış olub olmadığı hələ məlum deyil.
Parlament seçkilərindən əvvəl keçirilən sorğu isə göstərmişdi ki, daxili işlən orqanları əməkdaşlarının 37,2% səslərini kommunsit partiyasına verməyə hazırlaşır, 27,4% seçkilərə getməkdən imtina edir, 22% RLDP, 5,8% «Ədalətli Rusiya», 3,8% - «Yabloko», bir o qədər də (3,8%) «Vahid Rusiya»ya səs vermək niyyətindədir.

azadliq.info