“Sosial narazılıq yaratmayın” – Müraciət

sosial-naraziliq-yaratmayin-muraciet
Oxunma sayı: 658

“Qafqazinfo”ya daxil olan müraciətdə deyilir ki, Qışın Azərbaycana erkən gəlməsi və havaların getdikcə soyuması yerlərdə ciddi problemlərlə müşaiyət olunur: “Bu mənada müvafiq qurumların öz işlərinə məsuliyətsiz yanaşmalrı ucbatından ölkənin cənub bölgəsində əhalinin məişət problemləri ciddi ölçüdə artıb”.
Müraciət müəllifləri qeyd edirlər ki, hazırda Lənkəran şəhərinin dörddə üçündə və rayonu əhatə edən yaşayış məntəqələrinin döxsan faizində ya təbii qaz tamamilə verilmir, ya da elə təzyiqlə və elə keyfiyyətdə verilir ki, əhali neftdən və odundan istifadə etmək məcburiyyətində qalmalı olur. “Avropanı, Rusiyanı,yaxın və uzaq qonşularımızı etibarlı və fasiləsiz təbii yanacaqla təmin edən bir ölkənin öz vətəndaşlarının taleyinə belə laqeyd münasibətinə nə ad vermək olar? Nəhəng qaz istehsalçısına çevrilən ölkənin vətəndaşları qızınmaq və ən adi məişət ehtiyaclarını qarşılamaq üçün yenə meşələrimi qırmalıdır? Böyük Quruluş Partiyasının Lənkəran rayon təşkilatı olaraq,biz müvafiq strukturları sosial narazılıq yaratmamağa, bu sahədə yaranmış vəziyyəti qısa müddətdə aradan qaldırmağa cağırır”, -deyə müraciətdə bildirilir.