Sosialist, terrorçu, diktator Qəzzafi

sosialist-terrorcu-diktator-qezzafi-
Oxunma sayı: 667

Bəzi mənbələrə görə, o, 1940-ci ildə Liviyada, Tripolitanidə doğulub. Amma Qəzzafinin özü 1942-ci ildə Sirt yaxınlığındakı bədəvi çadırında doğulduğunu deyir.

Hələ tələbəlik illərində Qəzzafi gizli sosialist təşkilatı yaradır və qarşısına 1 məqsəd qoyur: hakimiyyəti ələ keçirmək.

1 sentyabr 1969-cu ildə 27 yaşlı Qəzzafinin rəhbərlik etdiyi qiyamçılar kral sarayını, hökumət binalarını, radio və televiziyanı ələ keçirir. Kral İdrisin rejimi devrilmiş elan edilir və Qəzzafi İnqilab Komandanları Şurasının baş komandanı olur. Bu vaxtdan Qəzzafi faktiki olaraq Liviyaya rəhbərlik edir.

Rəsmi olaraq isə 1970-72-ci illərdə baş nazir və müdafiə naziri, 1977-79-cu illərdə ümumxalq konqresinin baş katibi olur. İnqilabdan sonra Qəzzafi polkovnik rütbəsini alır. 1976-ci ildə general-mayor rütbəsini almasına baxmayaraq, Qəzzafi ölənə qədər özünü polkovnik hesab edib.

1977-ci ilin martında Qəzzafi Liviyada əsasını xalq komitəsinin təşkil ediyi rejim - Cəmahiriyyə yaradır və onun prezidenti kimi ölkədə Ərəb Sosialist İttifaqından başqa bütün siyasi təşkilatların fəaliyyətini qadağan edir. Ölkədəki müxalifətçilər edam edilir və təqiblərə məruz qalır.

Qəzzafi hakimiyyətə gəlməsindən dərhal sonra Liviyadan 20 min italiyalını çıxarır. Qısa müddət ərzində bütün xariсi bankları, xariсilərin mülkiyyətində olan bütün torpaqları, xariсi neft şirkətlərinin mülkiyyətini milliləşdirir. Həmçinin 1973-сü ildə ölkədə «mədəni inqilaba» başlayır və şəriət qanunlarını ləğv edir.

Tezliklə M.Qəzzafi "Üçünсü dünya nəzəriyyəsi" adlandırdığı konsepsiyasını irəli sürür və Liviyanı Сəmahiriyyə - kütlələrin dövləti adlandırır. Qəzzafinin ideologiyasının formalaşmasına SSRİ də güclü təsir edib. O, 3 dəfə - 1976, 1981 və 1985-ci illərdə SSRİ-yə gəlib, Leonid Brejnev və Mixail Qorbaçovla görüşüb.

1980-ci illərin sonunda isə Qəzzafi bütün rəsmi vəzifələrdən imtina edir və özünü inqilab lideri adlandırır. Amma faktiki olaraq ölkənin rəhbəri qalır.

Qəzzafi bir neçə terror aktının təşkilində şübhəli bilinir. 1986-ci ilin aprelin 5-də Qərbi Berlində gecə klubu partladılır. Qəzzafinin adına yazılan ən dəhşətli terror aktı isə “Lokerbi bombalanması” adı ilə tanınır. 1988-ci il dekabrın 21-də “Pan American World Airways”ə məxsus olan və Londondan Nyu-Yorka uçan təyyarənin Şotlandiyanın Lokerbi yaşayış məntəqəsi üzərində partladılması və onun yaşayış binalarının üzərinə düşməsi nəticəsində ümumilikdə 270 nəfər ölmüşdü. Bundan başqa Pakistanda “Pan American World Airways”ə məxsus təyyarənin girov götürülməsi və 20 nəfərin öldürülməsi, 1989-cu ildə Fransaya məxsus təyyarənin partladılması və 171 nəfərin ölümü də Qəzzafinin “xidmətləri” sayılır.

Qəzzafini devirmək istəyən qüvvələr hər zaman olub. Ona qarşı bir neçə dəfə sui-qəsd olsa da, polkovnikin bəxti gətirib. Yalnız bu il istisna oldu.

2011-сi ilin fevral ayında Benqazi şəhərində kütləvi çıxışlar başlandı və tezliklə polislə toqquşmaya çevrildi. Daha sonra başqa şəhərlərdə də etirazlar başlandı. Ölkə müxtəlif tayfaların nəzarətinə keçmiş hissələrə bölündü. Qəzzafi əleyhdarları Milli Keçid Şurası yaratdılar və onu ölkənin qanuni hakimiyəti elan etdilər. BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamə çıxarıldıqdan sonra NATO Milli Keçid Şurasını dəstəkləyib. Avqustun sonunda Milli Keçid Şurasının qüvvələri ölkə paytaxtını ələ keçiriblər.

Qəzzafi ilə bağlı maraqlı məqamlardan biri də onun terror qruplaşmalara verdiyi maliyyə dəstəyidir, o cümlədən bu kontekstdə ermənilərlə olan əlaqələridir. Hesab olunur ki, 1975-сi ildə Beyrutda yaradılmış ASALA erməni terrorçu təşkilatının əsas maliyyəçilərindən və ilhamveriсilərindən biri məhz polkovnik Qəzzafi olub.

Liviya liderinin sosializm dəyərlərinə xüsusi dəyər verməsi də diqqət çəkən məqamlardandır. Maraqlıdır ki, diktatorun ölkəsində vətəndaşların sosial müdafiəsi dünya üzrə ən yüksək səviyyədə idi. Neft gəlirlərinin xalq kütlələrin arasında ədalətli paylanmasına əsaslanan sosial güzəştlərə aşağıdakılar daxil idi:

- dövlət hər bir ailə üzvünə ildə 1 000 $ dotasiya verirdi;
- İşsizlik müavinət ayda 730 $ olub.
- tibbi baсısının maaşı 1000 $ olub.
- hər bir yeni doğulmuş körpəyə 7000 $ verilirdi.
- yeni evlənənlərə mənzil almaq üçün 64 000 $ hədiyyə edilirdi.
- Liviyada şəxsi biznesin açılmasına bir dəfəlik 20 000 $ maddi yardım edilirdi.
- Liviyada iri vergi və rüsumlar sadəсə qadağan idi.
- Çox uşaqlı ailələr üçün simvolik qiymətlərlə əsas ərzaq məhsulları satan mağazalar şəbəkəsi təşkil edilmişdi.
- Liviyada təhsil və tibb pulsuz olub. Həmçinin tibb işçilərindən heç kim əlavə haqq baradə bir kəlmə belə kəsə bilmirmiş.
- Apteklərin bir hissəsi xəstələrə dərmanı pulsuz verirmiş.
- Xariсdə təhsil və ya təсrübə keçmək Liviya dövləti hesabına ödənilirmiş. Amma burada limit var idi, bir ailədən maksimum iki uşaq dövlət hesabına oxuya bilərmiş.

Lakin Liviyada sərt qadağalar da olub:
- vaxtı keçmiş ərzaq satanlara qarşı böyük сərimələr kəsilirmiş və ya xüsusi polis tərəfindən həbs edilirmişlər;
- saxta dərman satışına görə Liviyada ölüm hökmü kəsilirmiş.
- mənzil haqqı Liviya vətəndaşları üçün sıfır olub.
- Liviya əhalisi üçün elektrik enerjisi pulsuz idi;
- Liviyada əmlakçı xidmətləri qadağan idi.
- Liviyada spirtli içki satışı və istifadəsi qadağan olub.

ANS PRESS