“Soyqırımı” yenidən Fransa parlamentinə çıxarıldı

soyqirimi-yeniden-fransa-parlamentine-cixarildi
Oxunma sayı: 648

ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, senator və eyni zamanda Paris Bölgə Parlamentinin rəhbərinin müavini olan Kaltenbax qondarma soyqırımla bağlı uzun müddətdir ki, lobbiçilik edir. O öz bloqunda bildirib ki, 22 noyabr 2011-ci il tarixində qanun layihəsinin Senatın gündəminə çıxarılması üçün müraciət edib.

Qeyd edək ki, həmin qanun layihəsi 2006-cı ildə Fransa parlamentindən keçib və müzakirə edilmək üçün Fransa Senatına göndərilib. 4 may 2011-ci il tarixində isə səs çoxluğu ilə "konstitusiyaya zidd" olduğu üçün rədd edilib.

Filip Kaltenbax öz bloqunda yazıb ki, artıq Fransa Senatı, Sosialist Partiyasının əlinə keçib və sosialistlərdən prezidentliyə namizəd François Hollande və prezident Nikola Sarkozi qanun layihəsinə dəstək olacaqları barədə söz veriblər.

Qeyd edək ki, qanun layihəsi bununla artıq 7-ci dəfədir ki, erməni diasporuna yaxın fransız siyasətçilər tərəfindən təklif edilir. Qanuna görə, “soyqırımı”nı inkar edən şəxslər cinayət məsuliyyəti daşıyırlar. Sənəddə “soyqırımı”nı inkar edənlərin bir il müddətinə azadlıqdan məhrum edilməsi və 45 min avro məbləğində cərimə olunması nəzərdə tutulur.

İsveçrə, Argentina və Uruqvayda insanların ifadə azadlığını məhdudlaşdıran belə qanunlar mövcuddur.