Soyuq havalar davam edəcək

soyuq-havalar-davam-edecek
Oxunma sayı: 698

“Qafqazinfo”nun Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin rəsmi internet saytına istinadən məlumatına görə, yanvarın 29-na keçə gecə bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, qarın bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək olacağı gözlənilir. Çovğun olacağı ehtimalı var. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı gözlənilir. 29-u günün ikinci yarısından 30-u gündüzədək yağıntılarda gözlənilən qısa fasiləyə baxmayaraq şaxtalı hava şəraiti davam edəcək. Havanın temperaturu gecə 5-7 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Ölkənin rayonlarında şimal-qərb küləyi 10-15 m/s, 28-də arabir 20-25 m/s-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 29-da az qar yağacağı, günün ikinci yarısında yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturunun gecə 3-5 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.