Soyuqlarla bağlı nazir məsləhət verdi: “İdman edin”

soyuqlarla-bagli-nazir-meslehet-verdi-idman-edin
Oxunma sayı: 673

Onların çoxu evsiz adamlar olub və əksəriyyətinin meyiti küçədə tapılıb. Yüzlərlə donmuş adam isə xəstəxanalara yerləşdirilib. Məktəblər və kolleclər bağlanıb, isinmək və qidalanmaq üçün 3 minə yaxın sığınacaq quraşdırılır.

Bu həftə Avropada temperatur -35 dərəcəyə düşüb.

Polşada fevralın 1-də azı 8 adamın soyuqdan öldüyü bildirilir. Bununla da bu ölkədə ötən həftədən bəri soyuqdan ölənlərin sayı 37-yə çatıb. İtaliyada mütəxəssislər deyirlər ki, 27 ildə ilk dəfədir belə soyuq həftə müşahidə olunub.

“Ukrayna 3 günə 1 milyard kubmetr qaz yandırıb”. Bunu isə Ukraynanın Baş naziri Nikolay Azarov bəyan edib. Ölkəni qazla Rusiya təchiz edir. Ukrayna 2012-ci il üçün 27 milyard kubmetr qaz alacaq.

Fövqəladə Hallar naziri Viktor Baloqa məsləhət görüb ki, camaat soyuqdan qorunmaq üçün çoxlu idman etsin. «Səhər tezdən oyanın, idman eləyin və işləyin», - o, «Ukrainskaya Pravda»ya bildirib. «Bu, heç kəsi hələ öldürməyib. Əksinə, sizi formada saxlayacaq. Bütün ili hər səhər 8-10 km qaçın və soyuq su ilə yuyunun».