Sponsor “Fənərbaxça”dan imtina etdi

<b>Sponsor “Fənərbaxça”dan imtina etdi </b>
Oxunma sayı: 172

“Qafqazinfo”nun türk mətbuatına istinadən verdiyi məlumata görə, “Avea”nın baş idarəçisi Ərkan Akdəmir futbolda rüşvət iddialarına qarşılıq olaraq bildirib ki, “Bizi küsdürməsinlər. Ölkəmizdə futbola bu qədər dəstək verdikdən sonra belə halların baş verməsi bizi çox məyus edir”.

Akdəmir “Fənərbaxça”ya 5 ildir ki, sponsurluq etdiklərini və bu müqavilənin 2013-cü ildə bitəcəyini söyləyib. Jurnalistlərin “Bu soruşdurmalar klubun əleyhinə qərarlar çıxararsa, sponsurluqdan əl çəkəcəkmisiniz?” sualını isə Akdəmir bu cür cavablayıb:
“Hələ ki, gözləyək. Dəqiq bir şey söyləmək istəmirəm. Hər halda Futbol Federasiyası gələn həftə qərarını verəcək. Bu qərar da bizim verəcəyimiz qərarda mühüm rol oynayacaq”.

Minə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi