Stalin və Hitler xalqın önündə “diz çökəcək”

stalin-ve-hitler-xalqin-onunde-diz-cokecek
Oxunma sayı: 650

“Qafqazinfo”nun gazeta.ua saytına istinadən xəbərinə görə, bu təşəbbüslə vilayət şurasının deputatı Stepan Barna çıxış edib.

Barna bildirib ki, artıq abidənin kompozisiyasının eskizləri rəssamlar tərəfindən hazırlanıb. Rəssamlar SSRİ-nin və nasist Almaniyasının rəhbərlərinin heykəlini diz çökərkən təsvir ediblər. Barna bu kompozisiyanı izah edərkən bildirib ki, Stalin və Hitler Ukrayna əhalisinin yarısını öldürüb və əzab veriblər. Bu kompozisiya onların Ukrayna xalqı qarşısında təsim olması ideyasını ifadə edir.

Deputat həmçinin SSRİ və Almaniya arasında 1939-cu ildə imzalanmış “Dostluq və sərhəd toxunulmazlığı haqqında” müqavilənin mətnini lövhəcikdə abidəyə daxil edilməsini təklif edib.

Stepan Barna abidənin yaradılması haqqında təklifi Ternopol ictimaiyyətinin müzakirəsinə çıxarıb.