Stalone ilk dəfə oğlundan danışdı

stalone-ilk-defe-oglundan-danisdi
Oxunma sayı: 631

“Qafqazinfo”nun məlumatına görə, ABC televiziyasının qonağı olan aktyor oğlunun ölümündən sonra çətin günlər keçirdiyini, lakin ailəsinin dəstəyi ilə yaralarının sağalacağına ümid etdiyini deyib: “Çox çətin haldır. Dostlar və ailəmin dəstəyi ilə öhdəsindən gəlməyə çalışıram. Həyata qaldığı yerdən davam etmək lazımdır. Əks halda burulğanın içinə girər və yox olarsan”.

Qeyd edək ki, Los-Ancelosdakı evində ölü vəziyyətdə tapılan Stallonenin oğlu Seygin ölüm səbəbi araşdırılır. Ekspertlər onun yüksək dozalı ağrıkəsici qəbul etməkdən dünyasını dəyişməyi versiyasını irəli sürürlər.