Stilistimiz gürcüstanlıları ayağa qaldırdı - Video

stilistimiz-gurcustanlilari-ayaga-qaldirdi-video-
Oxunma sayı: 647

Bu barədə “Qafqazinfo”ya məlumat verən Anar Ağakişiyevin sözlərinə görə, moda həftəsi üçün “Bəşəriyyət” adlı çox özəl və eksklüziv şou hazırlayıb: “Mən bu şounun belə qarşılanacağını gözləmirdim. Həqiqətən də Azərbaycanımızı bu cür yüksək səviyyədə təmsil etməyimdən qürur duyuram. Baxmayaraq ki, bu həftə ərzində bir çox nömrələr nümayiş olundu, dəfilələr keçirildi, amma məhz mənim şoum bu qədər yaddaşlarda qaldı. Məni ən təsirləndirən məqam şoum nümayiş olunan zaman hər kəsin məni ayaq üstə alqışlaması oldu. Ard-arda aldığım təkliflər də qazandığım uğurun bariz nümunəsidir”.

Anar Ağakişiyev bu beynəlxalq tədbirdə iştirakına görə, Ramazziyə təşəkkürünü bildirib: “Ramazzi olmasaydı, bu tədbirdə iştirakım baş tutmazdı. Onu da bildirmək yerinə düşər ki, moda həftəsində Ramazzinin də öz şousu oldu və işləri kifayət qədər uğurla qarşılandı. Eyni zamanda mənə verdiyi aksesuarlara görə modelyer Leyla Əhmədovaya minnətdarlığımı bildirirəm”.

http://www.youtube.com/watch?v=qL_6bSrwGtU

Nigar Məmmədli