Strasburqda Xocalı soyqırımı ilə bağlı yürüş-mitinq keçiriləcək

strasburqda-xocali-soyqirimi-ile-bagli-yurus-mitinq-kecirilecek
Oxunma sayı: 711

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı fevralın 24-26-dək Strasburq şəhərində Fransada fəaliyyət göstərən Türk diaspor təşkilatlarının da geniş dəstəyi ilə silsilə tədbirlər keçirəcək.

Bu haqda “Qafqazinfo”ya ATXƏM mətbuat xidmətindən bildiriblər.

“Xocalıya ədalət” kampaniyası çərçivəsində fevralın 25-də Strasburqun Kleber meydanında möhtəşəm mitinqin keçirməsi də nəzərdə tutulub.

Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Prezident Administrasiyası İctimai-siyasi şöbənin diasporla iş üzrə sektor müdiri Qafar Əliyev, Milli Məclisin üzvü Rauf Əliyev, Dağlıq Qarabağ Azərbaycanlıları İcması İdarə Heyətinin üzvü, Xocalı faciəsinin şahidi Cavid Əliyev, İctimai Televiziyanın xəbərlər xidməti departamentinin rəhbəri İlham Sərxanlı və “Birlik” jurnalının baş redaktoru İlqar İlkin iştirak edəcək.
Qeyd edək ki, ATXƏM və Strasburq "Azərbaycan Evi" 2010-2011-ci illərdə də Xocalı faciəsinin ildönümü ilə bağlı Strasburq şəhərində mitinqlər keçirmişdir”,-deyə mətbuat xidmətindən bildiriblər.


Elnur Eltürk