Südabə Həsənovanın qardaşı oğlu da əfv olundu

sudabe-hesenovanin-qardasi-oglu-da-efv-olundu
Oxunma sayı: 3645

“Qafqazinfo” xəbər verir ki, əfv siyahısında 23-cü olan 1979-cu il təvəllüdlü Həsənov Yalçın Rəşid oğlu keçmiş nazirin qardaşı oğludur. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 17 aprel tarixli hökmü ilə məhkum edilib.

Qeyd edək ki, o hazırda Konstitusiya Məhkəməsinin hakimi olan Südabə Həsənovanın qardaşı oğlu, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğludur. O, “ekstazi işi” ilə əlaqədar məhkum edilmişdi.