Sudan Cənubi Sudana müharibə elan etdi

sudan-cenubi-sudana-muharibe-elan-etdi
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, prezident Cubadə hakimiyyəti həşərat kimi əzməyə söz verib. Belə bir bəyanatın iki ölkə arasındakı sərhəddə hərbi eskalasiyanın fonunda edildiyi deyilir. Sudan prezidenti Xartumda partiyasının üzvlərinin toplantısında bəyan edib ki, bu gündən etibarən Cənubi Sudan vətəndaşlarını "Sudanın xalq azadlıq hərəkatı" hakimiyyətindən azad etmək uğrunda əsas devizlərinin “Gözə göz, dişə diş” olacağını deyib.

Bəşir bildirib ki, onlar "Sudanın Xalq Azadlıq Hərəkatı"na cənubu idarə etməyə icazə verməklə mənəvi səhvə yol veriblər, lakin bu səhvi tezliklə düzəldəcəklər.

Qeyd edək ki, Cənubi Sudan ötən ilin iyulunda referendum nəticəsində müstəqillik əldə etmişdi.

Səidə