Süleyman Dəmirələ cinayət işi açıldı

suleyman-demirele-cinayet-isi-acildi
Oxunma sayı: 656

"Zaman" qəzetinin xəbərinə görə, ittihamın əsas obyekti "Ədalət müdafiəçiləri qrupu" və keçmiş prezidentdir.

Ölkəsinin 9-cu prezidentini və adı çəkilən qrupu 1997-ci ilin 28 fevralında baş verən "məxməti dövlət çevrilişi"ndə fəal iştirakda ittiham edirlər. İttiham olunanlar arasında Sultanbəyli bələdiyyəsinin keçmiş başçısı Əli Nəbi Kocaka, ikinci tank briqadasının komandiri Doğu Silahçıoğlu, eləcə də Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin adı var.

Qeyd edək ki, 1997-ci ildə hakimiyyət dəyişikliyinə səbəb olan çevriliş ölkə tarixində (1960, 1971 və 1980-ci illərin hadisələrindən sonra) dördüncü idi. Onu "postmodern çevriliş" də adlandırırlar. Həmin vaxt qan tökülməsə də, hərbçilər hakimiyyəti ələ almasalar da, baş nazir Nəcməddin Ərbakan istefa verməyə məcbur olmuşdu.
musavat.com