“Sülh yolu çətindir” - Mövqe

sulh-yolu-cetindir-movqe
Oxunma sayı: 637

Fransanın Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün təşəbbüskarı olacağı və Dağlıq Qarabağ məsələsinin nizama salınmasına estafetin Rusiyadan Fransaya ötürülməsinin mümkünlüyü ilə bağlı sualları cavablandıran səfir hər gün mətbuatda çoxlu maraqlı məlumatlar aşkar etdiyini deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi Minsk qrupu çərçivəsində dava edir. Fransa və Avropa Birliyi bu formatı qəbul edir. Bu formatda dialoqu tez-tez yeniləmək vacibdir”.
Azərbaycanın sərhəd bölgələrində daş hasarlar tikilməsinə münasibət bildirən səfir bu nümunənin bir daha dialoqların yenilənməsi və barışıq yollarının axtarışının vacibliyini sübut etdiyini qeyd edib: “Regionun gələcəyi – açıq sərhədlər, əməkdaşlıq dialoqlarıdır...İndi ancaq uduzan tərəflər var. Münaqişənin nizama salınması sayəsində yalnız udan tərəflər olacaq. Sülh yolu çətindir, ancaq başqa yol yoxdur. Sülh isə mümkünsüz deyil. Avropa nümunəsi var, onu izləmək lazımdır”.


Səidə