Sulutəpədə əhali aksiya keçirdi - Fotolar

sulutepede-ehali-aksiya-kecirdi-fotolar
Oxunma sayı: 673

Polislə etrazçılar arasında qarşıdurma baş verib. Etrazçıların “Media forum” saytına bildirdiyinə görə, neçə gündür 158 nömrəli marşrut avtobusunun şəhərə çıxışına imkan verilmir: “Nəqliyyat Nazirliyi işçiləri bunu marşrut xəttinə çıxarılan avtomobillərin standratlara uyğun olmaması ilə izah edir. Biz ölkə prezidentinə, Nəqliyyat Nazirliyinə yazılı müraciət etmişdik. Bundan sonra Sulutəpədə marşruta yeni avtomobillər buraxdılar. Amma çox keçmədi marşruta nəzarət edən sahibkar yolların pis olduğunu deyib həmin avtomobilləri xətdən uzaqlaşdırdı. Hər gün biz piyada 4-5 kilometr yol gedirik. Nəzərə almırlar ki, bunun qocası, uşağı var.

Sakinlərin sözlərinə görə, etirazlarını bildirən vaxt polislər onlara zor tətbiq edib və bir neçə nəfər 40-cı polis bölməsinə aparılıb.