Sulutəpədə oğurluq olub – Kriminal xəbərlər

sulutepede-ogurluq-olub-kriminal-xeberler
Oxunma sayı: 694

Fevralın 1-dən 5-dək olan müddətdə Sulutəpə qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Nazim Quliyevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə qızıl-zinət əşyaları, gümüş xəncər, qol saatı, xəz geyimi və boş seyf oğurlanıb. Binəqədi RPİ CAŞ və 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Məlikov və Mais Bibiquliyev aprelin 27-də tutulublar.

Aprelin 25-də Bilgəh qəsəbəsində 2 nəfər naməlum şəxs Abşeron rayon sakini Hüseynəli Səfərovu yumruqla vuraraq pulunu və mobil telefonunu alıblar. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Maştağa qəsəbə sakinləri Zamin Muradov və Samir Kazımov aprelin 27-də tutulublar.

Aprelin 15-də II Zabrat qəsəbəsi Oktyabr küçəsində yerləşən “MVS” şirkətindən naməlum şəraitdə 80 ədəd qara metaldan olan külçə oğurlanıb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin şirkətdə işləyənlər Bakı şəhər sakinləri İlyas İbadov, Vilayət Qasımov və Anar Eyyubov aprelin 27-də tutulublar.

Aprelin 25-də 1 saylı xətt avtobusunda Bakı şəhər sakini Dünyaxanım Lətifovanın mobil telefonu cibindən oğurlanıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nəriman Salmanov aprelin 27-də tutulub və ondan 0,302 qram narkotik vasitə olan heroin aşkar edilib.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mərdan Əhmədov aprelin 27-də tutulub.

Sədan