Sulutəpədə qarşıdurma başladı

sulutepede-qarsidurma-basladi
Oxunma sayı: 668

Hadisə yerində olan AzadlıqRadiosunun müxbiri xəbər verir ki, bu dəfə 4-cü neft mədəni ərazisindəki evlər sökülür. Söküntünü polisin müşayiəti ilə Dövlət Neft Şirkətinin əli dəyənəkli təhlükəsizlik xidmətinin əməkdaşları aparırlar. Artıq 10-a yaxın evin söküldüyü bildirilir. Sakinlər bir neçə dəqiqə ərzində yaxınlıqdan keçən avtomobil yolunu bağlayaraq söküntüyə etiraz ediblər. Lakin polis tez bir vaxtda bunun qarşısını alıb. Mühafizə xidmətinin əməkdaşları ilə qarşıdurmada iki nəfərin xəsarət aldığı bildirilir.

Dövlət Neft Şirkətnin (ARDNŞ) sözçüsü Nizaməddin Quliyev bildirir ki, həmin ərazilər neftli ərazilərdir və həmin torpaqlar da «Binəqədi Oil»-a məxsusdur. «Həmin ərazilər qanunsuz zəbt olunduğundan «Binəqədi Oil» Azərbaycan dövləti qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. Bu səbəbdən də həmin ərazidə evlər sökülür. Bu iş hələ davam edəcək».