“Sümbül Ağa” saraya köçür

sumbul-aga-saraya-kocur
Oxunma sayı: 681

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Antalya Dövlət Teatrının aktyoru Səlim Bayraktar yeni evini Antalyanın gürcü məhəlləsində bəyənib. Həyat yoldaşı ilə bir çox evə baxan aktyor sonda “Comport Palace Rezidans”ın mənzillərindən birini bəyənib. Səlim Bayarktarın yeni mənzilinin ümumi sahəsi 180 kv.metrdir. Mənzilin qapısı avtomatik sistemli, barmaq iziylə açılır, mənzillərdə italyan keramikalarından istifadə olunub.

Əslən Kərkükdən olan Səlim Bayrakdar Səddam Hüseyn rejimindən 13 yaşında Türkiyəyə qaçıb və Ankara Dövlət Konservatoriyasında təhsil alıb. “Körpü”, “Bir bulud olsam” və “Möhtəşəm yüzil” seriallarında çəkilib. Sonucu serialda Sümbül Ağa rolu ilə orijinal ifa göstərən Səlim Bayraktar ailəsi ilə Antalyada yaşayır