Sumqayıt məktəbində 8 Mart üçün pul tələb edirlər

sumqayit-mektebinde-8-mart-ucun-pul-teleb-edirler-
Oxunma sayı: 695

“Qafqazinfo”ya daxil olan müraciətdə övladları Sumqayıtda 18-ci mikroyondakı 35 saylı orta məktəbdə oxuyan Gülarə Cəbiyeva, Nigar Məmmədova və Bahar Cabbarlı bir qrup valideyn adından yazır ki, müəllimlər 8 Mart bayramı ilə əlaqədar ibtidai sinif şagirdlərindən 20 manat, yuxaı siniflərdə isə 12 manat pul tələb edirlər.

Müraciət müəllifləri qeyd edir ki, valideynlərin əksəriyyəti işləmir. Valideynlərin müraciətində məktəbdə tədrisin keyfiyyətinin aşağı olduğu bildirilir: “Dərslərdə Emirlə Fərhanın məhəbbət müzakir olunur. Uşaqlarımız savadsız böyüyür, pul yığmaqdansa geri qalmırlar. Məktəbin direktoruna bildirənd ki, təhsil naziri, “pul yığmaın”, deyib, bildirir ki, onda nazirlik niyə pul tələb edir.

Valideynlər pul verməyən şagirdlərin müəllimlər tərəfindən gözümçıxdıya salındığını yazırlar. Müracət müəllifləri, 8 Martın məktəbə nə aidiyyatı var, deyə soruşurlar: “Belə getsə, ya gərək özümüzü martın 8-də məktəbin qarşısında yandıraq, ya da uşaqları dərsə göndərməyək”.

“Qafqazinfo” əks tərəfin də mövqeyini dərc etməyə hazır olduğunu bildirir.