Sumqayıtda 30 min manatlıq kompüter proqramları oğurlanıb

<b>Sumqayıtda 30 min manatlıq kompüter proqramları oğurlanıb</b>
Oxunma sayı: 207


Etibarlı mənbədən “”Qafqazinfo”ya daxil olan məlumata görə, iki gün öncə Sumqayıt Texnologiyalar Parkından (STP) dəyəri təxminən 30 min manat olan kompüter proqramları oğurlanıb. Məlumata görə, orada çalışan iki mühəndis – Əliyev Elmar və Bağırov Sənani STP-nin Dəqiq Emal Zavodundan 2 ədəd noutbuk və bir neçə xüsusi təyinatlı istehsal qurğusunun proqram təminatları oğurlayıblar.
Şəhər Polis İdarəsindən son iki gündə bu adlı şəxslərin saxlanılmadığı bildirilsə də, STP-dən şəhər Polis İdarəsinə müraciət edildiyi söylənilir. Hələlik informasiyaya heç bir tərəf rəsmilik qazandırmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi