Sumqayıtda bir qrup müxalifətçi həbs olundu

sumqayitda-bir-qrup-muxalifetci-hebs-olundu
Oxunma sayı: 636

Bu gün Sumqayıtda Ümid Partiyasının qərargahında AXCP-nin Sumqayıt Şöbəsinin yığıncağı keçirilməli idi. “Qafqazinfo” xəbər verir ki, AXCP üzvü Elçin Həsənovu verdiyi məlumata görə polislər tədbirdə iştirak etmək üçün toplananları mühasirəyə alıb, tədbiri keçirməyə imkan vermirlər. “Sumqayıt İcra başçısı Eldar Əzizovun müavini Seyfəddinin başçılığı ilə polislər bizə qərargaha keçməyə belə icazə vermirlər”.

Bu xəbərdən bir saat sonra Asəf Quliyev, Əbülfəz Qurbanlı, Ağaşirin Tanrıverdioğlu, Elçin Həsənov və QHT nümayəndəsi Elçin Məmmədov saxlanılaraq 4-cü polis bölməsinə aparılması barədə məlumat aldıq. Hadisənin gedişatı barədə məlumat verəcəyik.