Sumqayıtdakı məktəbdən rüşvət ittihamına - Cavab

sumqayitdaki-mektebden-rusvet-ittihamina-cavab-
Oxunma sayı: 671

“Qafqazinfo”ya daxil olan məktubda məktəbin direktoru Yusifov N.U qeyd edir ki, məktəbdə Gülarə Cəbiyeva, Nigar Məmmədova, Bahar Cabbarlı ad, soyadlı valideyn yoxdur: “18-ci mikrorayon şəhərin ən ucqar mikrorayonudur. Burada əsasən aztəminatlı ailələr yaşayır. İbtidai siniflərin hər şagirdindən 20 manat pul yığmaq haqda məlumat ağlagəlməyən və mümkün olmayan bir məsələdir. Yuxarı sinif şagirdlərindən isə 12 manat tələb edilməsi anlaşılmazdır. Nə üçün 12 manat yox, 15 manat yox, 12 manat? Məktəbin direktoru kişidir. 8 martda pul tələb etməsi şəxsiyyətinə azacıq da olsa hörmət edən kişiyə yaraşmaz. Əgər bircə nəfər belə pul yığılmasını sübut etsə həmin gün direktor məktəbdən getməyə hazırdır. 35 saylı məktəbdə tədrisin keyfiyyəti məsələsinə gəldikdə bu məsələni aydınlaşdırmaq uzun müddət tələb etmir”.

Məktəb direktoru ünvanladığı məktubda yazır ki, TGDK –nın saytlarındakı məlumata nəzər salsanız aydın olar ki, məktəbin fəaliyyətə başladığı 1988-ci ildən hal-hazıradək V.İbrahim adına Sumqayıt şəhər 35 №-li tam orta məktəb ölkədə ali məktəbə qəbulun nəticələrinə görə ən yüksək nəticə göstərən məktəblərdəndir.
Valideynlərin ittiham olaraq irəli sürdüyü digər məsələ ilə bağlı məktəb direktoru qeyd edir ki, dərslərdə Emillə Fərahimin məhəbbətinin müzakirə olunmasının nə demək olduğunu anlamaq çətindir: “Məktəbin direktoruna məktəbdə pul yığılmasını bildirən valideyn öz adını və soyadını bildirsin. Müəllimlər tərəfindən şagirdlərin pul verməmələrinə görə gözümçıxtıya salınması böhtandır. Məktəbdə 1 nəfər də olsun vicdanını itirmiş və belə hərəkətə yol verən müəllim ola bilməz. Sonuncu cümlədən aydın olur ki , bu məlumat tam qərəzlidir..Yəni məktəbin qarşısında özünü yandırmaq məsələsi cəfəngiyyat və qərəzçilikdən başqa heç bir məna vermir”.

Məkətb direktoru redaksiyamızın əməkdaşlarınə məktəbə dəvət etməklə bildirir ki, şagirdlər və valideynlərlə görüşüb istənilən sorğunu aparılmasını istəyir. “Bu zaman məlumatın vicdansızcasına, qərəzli olması Sizə aydın olar”, deyə məktəbin direktoru bildirir.