Sumqayıtın deputatını görən olmayıb?..

sumqayitin-deputatini-goren-olmayib
Oxunma sayı: 655

Bu barədə “Qafqazinfo”ya məlum səbəblərdən adının çəkilməsini istəməyən Sumqayıt sakinləri məlumat veriblər. Onların sözlərinə görə, deputatın onların problemləri ilə maraqlanmadığını görüb, özləri dəfələrlə H. Salayevlə görüşmək üçün Milli Məclisə getsələr də, buna nail olmayıblar: “10 km-lərlə artıq yol gəlib, öz deputatımızla görüşmək istəyirik. Ancaq hər dəfə bizi köməkçisi qəbul edir. Onun vasitəsilə etdiyimiz müraciətlərin isə heç bir nəticəsi olmur. Bilmirik ki, səs verib seçdiyimiz adam bizdən niyə qaçır. Məktubla etdiyimiz müraciətlərə də ya cavab verilmir, ya da cavabların əksəriyyəti mənfi olur”.

Seçicilərin sözlərinə görə, yaranmış vəziyyətlə bağlı Sumqayıt rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova da məlumat veriblər, lakin heç bir nəticə olmayıb: "Eldar müəllim, dedi ki, mənlik deyil. Bilmirik dərdimizi kimə deyək. Öz adımızla şikayət edəndə isə deputat hüquq-mühafizə orqanlarının əliylə bizə təzyiq edir, sözümüzü geri götürməyə məcbur edir”.